Oktyabrın 4-də Moldovanın paytaxtı Kişineuda MDB üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının (MDB İnformşura) iclası keçirilib.APA-nın məlumatına görə, iclasda Moldova, Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan, Ukrayna və Ermənistanın iformasiya agentliklərinin, MDB İcraiyyə Komitəsinin rəhbərləri və nümayəndələri iştirak edib.
İclasda MDB İcraiyyə Komitəsinin İnformasiya-Təhlil Departamentinin direktoru Aleksandr Zavarzin AzərTAc-ın baş direktoru Aslan Aslanovun və “Qazaxıstan İnformasiya Agentliyi” Milli şirkətinin - KAZİNFORM-un prezidenti Dauren Diyarovun MDB iştirakçısı olan dövlətlərin inteqrasiyasının inkişafına verdikləri töhfəyə görə “MDB-nin yubiley gümüş medalı”na layiq görüldüyünü elan edib.
Elə həmin gün MDB İnformasiya Şurasının iclasının iştirakçılarının Moldovanın baş naziri Yuri Lyanke və Moldova Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüşü olub.