Azərbaycanlılar Almaniyada  aksiya keçirdilər
17 aprel 2013 18:11 (UTC +04:00)

Azərbaycanlılar Almaniyada aksiya keçirdilər

0

Bu gün Almaniyada yaşayan azərbaycanlılar türk diasporuna dəstək məqsədilə Münhen şəhərində  irqi ayrı-seçkiliyə, millətçiliyə qarşı etiraz nümayişi keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkil etdiyi aksiya Münhen Baş Əyalət Məhkəməsinin qarşısında baş tutub.

Təxminən 600-dək soydaşımızın qatıldığı izdihamlı mitinqin iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları tutaraq müxtəlif  şüarlar səsləndiriblər. Mitinqdə iştirak edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri irqi ayrı-seçkiliyi, millətçiliyi pisləyən bəyanatlarla çıxış ediblər. Almaniyadakı Azərbaycan diasporunun millətçiliyə qarşı etiraz aksiyası “Millətçi-sosialist məxfiliyi” təşkilatı (“Nationalsozialistische Untergrund”) üzvlərinin məhkəmə prosesi ilə bağlıdır. Onlar 8 türk və 1 yunan vətəndaşının, eləcə də 1 polisin ölümü ilə nəticələnən irqçilik zəminində cinayətlər törətməkdə təqsirli bilinir. Bu səbəbdən məhkəmə prosesini Almaniyada yaşayan türklərlə yanaşı, azərbaycanlılar da diqqət mərkəzində saxlayır.

Azərbaycan diasporunun təşkil etdiyi etiraz nümayişinin sonunda Münhen Baş Məhkəməsinə ünvanlanan bəyanat qəbul olunub.

Qeyd edək ki, Münhen məhkəməsi prosesə türk mediasının buraxılmaması ilə bağlı  Almaniyadakı türk və Azərbaycan diasporunun həssaslığını, etiraz dalğasının böyüməsi, həmçinin Rəsmi Ankaranın işə qarışmasını nəzərə alaraq jurnalistlərin akkreditasiyası məsələsinə yenidən baxacaq. Akkreditasiya şərtlərinin yenidən işlənməsi ilə əlaqədar bu günə  təyin edilən məhkəmə prosesi mayın 6-dək təxirə salınıb.

 

Məhkəmə qarşısında keçirilən etiraz aksiyasında Azərbaycan (AzTV), türk (TRT, TGRT, Zaman qəzeti) və yerli medianın (NDR, Bild qəzeti) nümayəndələri də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1062

Oxşar yazılar