Azərbaycanla Ermənistan arasındakı ikitərəfli dialoqda yeni dinamika qeyd edilib
07 dekabr 2013 04:09 (UTC +04:00)

Azərbaycanla Ermənistan arasındakı ikitərəfli dialoqda yeni dinamika qeyd edilib

0

ATƏT ölkələrinin XİN başçıları Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə aparılan ikitərəfli dialoqda yeni dinamikanı qeyd ediblər. APA-nın məlumatına görə, bu barədə ATƏT xarici işlər nazirləri Şurasının Kiyevdə keçirilən 20-ci iclasının yekununa dair qəbul olunan sənəddə bildirilir.

 

Toplantının yekununda keçirilən brifinqdə ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara müzakirələrin konstruktiv şəraitdə keçdiyini vurğulayıb. O qeyd edib ki, Ukrayna sədrliyinin il ərzində işinin bir hissəsi illərdir həllini tapmayan münaqişələrin çözülməsi ilə bağlı olub.

 

Kojaranın sözlərinə görə, iclasın yekunlarına dair ATƏT-in hərbi-siyasi istiqamətdə qərarlar qəbul edilib. Onların arasında transmilli təhlükələrin yayılmaması ilə bağlı qərar da var.

 

Xatırladaq ki, ATƏT XİN başçıların Şurasının sayca 20-ci iclasında Azərbaycandan xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1001

Oxşar yazılar