Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirələr ediləcək
03 iyun 2013 17:13 (UTC +04:00)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirələr ediləcək

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 3-də Belçika Krallığının paytaxtı Brüsselə rəsmi səfər edəcək. Lent. az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Asim Mollazadə, Rövşən Rzayev,  Fuad Muradov, Sahibə Qafarova, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Belçika parlamentində olacaq, ölkə parlamentinin Nümayəndələr Palatasının sədri Andre Flao, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun başçısı Filip Blanşarla görüşlər keçirəcək, qanunverici orqanlar arasında əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Səfər çərçivəsində  Milli Məclisin Sədri Oqtay Əsədovun Avropa Parlamentində təşkilatın prezidenti Martin Şults, Xarici əlaqələr komitəsinin sədri Elmar Brok və Azərbaycanla dostluq qrupunun üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Deputatlarımız Avropa İttifaqı Şurasında da olacaq, burada Milli Məclis sədrinin qurumun prezidenti Herman Van Rompuy, Avropa Komissiyasının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə də görüşləri gözlənilir.  Bu görüşlərdə Azərbaycanın Avropa strukturlarına inteqrasiyası, Avropa İttifaqı, onun Parlamenti ilə ikitərəfli əlaqələrin inkişafı və  tərəfləri maraqlandıran məsələlər ətrafında danışıqlar aparılacaq.
 

Səfər iyunun 6-da başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar