Azərbaycanın BMT TŞ-a sədrliyi zamanı müzakirəyə çıxaracağı məsələlər açıqlandı
10 oktyabr 2013 16:54 (UTC +04:00)

Azərbaycanın BMT TŞ-a sədrliyi zamanı müzakirəyə çıxaracağı məsələlər açıqlandı

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Natali Qule Azərbaycanda keçirilən prezident seçkilərini izlədiklərini və heç bir problemlə qarşılaşmadıqlarını, bütünlüklə prosesdən razı qaldıqlarını diqqətə çatdırıb. 

 

Elmar Məmmədyarov prezident seçkilərini müşahidə etmək üçün xarici ölkələrdən səfər edən missiyaların fəaliyyətinin önəmini qeyd edib və Azərbaycanın hər zaman bu istiqamətdə əməkdaşlığa hazır olduğunu söyləyib. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub və iqtisadiyyatın müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. 

 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında növbəti sədrliyi məsələsinə toxunan Elmar Məmmədyarov ölkəmizin irəli sürdüyü təşəbbüslərdən danışıb. O, xüsusən də BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində verdiyi təkliflərdən söz açıb və bu kimi məsələlərin Təhlükəsizlik Şurasında da müzakirəsinin nəzərdə tutulduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar