Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi başa çatdı
02 noyabr 2013 10:47 (UTC +04:00)

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi başa çatdı

Azərbaycan BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrliyini başa vurub.


 

APA-nın məlumatına görə, Azərbaycan sədrliyi Çinə təhvil verib. Çinin BMT-dəki daimi nümayəndəsi Lyu Tzei noyabrın 4-də bu ay üçün iş proqramını təqdim edəcək.

 

BMT Təhlükəsizlik Şurası təşkilatın 15 üzvündən ibarətdir. Çin Xalq Respublikası, Fransa, Rusiya Federasiyası, Böyük Britaniya və ABŞ TŞ-nin daimi üzvləridir.

 

Daha 10 qeyri-daimi üzv BMT Baş Assambleyasında 2 il müddətə seçilir.

 

Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində əsas məsuliyyət TŞ-nin üzərinə düşür. TŞ-nin qərarları BMT-nin bütün üzvləri üçün məcburi xarakter daşıyır.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar