Azərbaycanın Avropa Şurasına sədrliyi müzakirə olunub
27 sentyabr 2013 16:19 (UTC +04:00)

Azərbaycanın Avropa Şurasına sədrliyi müzakirə olunub

0

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşüb

 

 

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Torbörn Yaqland ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın 2014-cü ildə Avropa Şurasında sədrliyi ilə əlaqədar məsələlər və təşkilat ilə Azərbaycan arasında fəaliyyət planı müzakirə edilib.

 

Elmar Məmmədyarov Azərbaycanın təşkilat çərçivəsində fəaliyyəti və AŞ-da gələcək sədrliyi dövründə prioritetləri barədə qarşı tərəfə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar