Prezident İlham Əliyevin sərəncamı ilə yeni hökumətin tərkibi formalaşıb. Lent.az-ın məlumatına görə, yeni hökumətdə müdafiə naziri Səfər Əbiyevi Zakir Əsgər oğlu Həsənov, kənd təsərrüfatı naziri İsmət Abasovu Heydər Xanış oğlu Əsədov (Hesablama Palatasının sədri), əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovu Səlim Müslümov (DSMF sədri) əvəz edib.
Bundan başqa, Azərbaycanda yeni nazirliklər yaradılıb. Dövlət başçsının sərəncamları ilə Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyinin əsasında isə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb.