Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
24 dekabr 2013 20:48 (UTC +04:00)

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Dekabrın 24-də Türkiyə prezidenti Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın məlumatına görə, Abdulla Gül prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

 

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidenti Abdulla Gülə minnətdarlığını bildirib.

 

Söhbət zamanı iki ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

 

# 716
avatar

Oxşar yazılar