Azərbaycan və Türkiyə məsləhətləşəcək
29 aprel 2013 16:35 (UTC +04:00)

Azərbaycan və Türkiyə məsləhətləşəcək

0

Aprelin 30-da xarici işlər nazirinin müavini Araz Əzimov ikitərəfli məsləhətləşmələrin aparılması məqsədilə Ankaraya səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər müddətində nazir müavininin Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirə edilməsi, eləcə də  müxtəlif beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 968

Oxşar yazılar