Bu gün Milli Məclisdə “2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan – Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Ziyad Səmədzadə hər üç sənədin çox vacib olduğunu bildirib. İqtisadi siyasət komitəsinin üzvü, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov öncə bildirib ki, əslən Kəlbəcər rayonundandır, yaxın qohumlarından 16 nəfər həlak olub: “Bunu niyə xatırladıram? Azərbaycanla Rusiya arasında delimitasiya məsələsinin həll olunması Qarabağ məsələsi kimi bir məsələnin həll olunması deməkdir. Delimitasiya məsələsi həll olunduğu üçün körpünün tikilməsi məsələsi gündəmə gəlib. Son 10 ildə 160-dan çox körpü tikilib”.
Cavid Qurbanov yeni körpünün çayın mənbəyinə yaxın ərazidə tikiləcəyini nəzərə çatdırıb: “Mövcud körpüdə bir tərəfə hərəkət edəndə digər tərəfdə hərəkət mümkün deyil. Buna görə də 326 metr uzunluğunda yeni körpü tikiləcək. Bu, Rusiya və Azərbaycan arasında avtomobillərin hərəkətini asanlaşdıracaq”.

Azərbaycan və Rusiyanı Samur çayı üzərindəki körpü birləşdirəcək
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53