Azərbaycan və İraq arasında sənədlər imzalanacaq
27 sentyabr 2013 16:16 (UTC +04:00)

Azərbaycan və İraq arasında sənədlər imzalanacaq

Elmar Məmmədyarov Hoşyar Zebari ilə görüşüb

 

 

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində xarici işlər naziri Hoşyar Zebari ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında olan münasibətlərin hazırkı səviyyəsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Tərəflər arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə müvafiq sahələri əhatə edən sənədlərin imzalanması barədə razılıq əldə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432
avatar

Oxşar yazılar