Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Fransua Olland mayın 11-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.
APA-nın xəbərinə görə, Fransa prezidentinə İçərişəhər barədə məlumat verilib, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun dünya mədəni irs siyahısına daxil edildiyi bildirilib.
İçərişəhərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar ediblər.