Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbekoviç Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Lent.az-ın məlumatına görə, B. İzetbekoviç Azərbaycanda prezident seçkilərinin uğurlu keçməsi və İ. Əliyevin qələbə qazanması ilə əlaqədar təbriklərini çatdırıb.
ABŞ senatoru Cim Devis, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçi, Türkiyə İşçi Sindikatları Konfederasiyasının sədri Ergün Atalay da Azərbaycan prezidentinə təbrik ünvanlayıblar.