Azərbaycan prezidenti Uruqvay və Qambiyadan olan rəsmiləri qəbul edib
22 may 2013 16:46 (UTC +04:00)

Azərbaycan prezidenti Uruqvay və Qambiyadan olan rəsmiləri qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev mayın 22-də Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosonun başçılıq etdiyi nümayəndə heyətini və Qambiyanın xarici işlər naziri Susan Vaffa-Oqunu qəbul edib. Lent. az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Kardoso ilə görüşdə Azərbaycan ilə Uruqvay arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. 

 

Ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə inkişafı üçün yaxşı imkanların olduğunu deyən prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində parlamentlərarası əlaqələrin rolunu vurğulayıb. O, Kardosonun ölkəmizə səfərinin uğurlu olacağına və əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.


Uruqvaylı qonaq isə öz növbəsində ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib. O, bildirib ki, ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsi əməkdaşlığın genişləndirilməsi işinə mane ola bilməz. Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğu vurğulanıb və bu istiqamətdə müvafiq addımların atılmasının önəmi qeyd edilib. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Vaffa-Oqun isə ikinci dəfə ölkəmizdə səfərdə olduğunu vurğulayaraq, ötən dövr ərzində paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, Qambiya prezidenti Yəhya Cammehin məktubunu dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev qambiyalı həmkarının məktubuna görə minnətdarlığını bildirib.

 

Azərbaycan ilə Qambiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayan dövlət başçısı iki ölkənin bir-birini beynəlxalq təşkilatlarda dəstəkləmələrinin önəmini qeyd edib. Dövlət başçısı Vaffa-Oqunun ölkəmizə səfərinin əməkdaşlığımızın

müxtəlif sahələrdə inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369
avatar

Oxşar yazılar