Azərbaycan prezidenti İlham Əliyev mayın 7-də Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib.