Azərbaycan prezidenti AŞ PA prezidentini qəbul edib
26 may 2013 15:24 (UTC +04:00)

Azərbaycan prezidenti AŞ PA prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla AŞ PA arasında əməkdaşlıqdan, qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişlənməsinə müsbət təsir etməsindən danışılıb.

 

Prezident İlham Əliyev Jan-Klod Minyonun səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.

 

AŞ PA prezidenti Azərbaycana ikinci dəfə səfər etdiyini, bundan məmnunluq hissi keçirdiyini vurğulayıb. Azərbaycanda sürətli inkişaf proseslərinin şahidi olduğunu söyləyən AŞ PA rəsmisi səfərinin əsas məqsədlərindən birinin ölkəmizin AŞ Nazirlər Komitəsinə sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlərin müzakirəsi ilə bağlı olduğunu deyib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar