Prezident İlham Əliyev: Bakıda Paris məhəlləsi yaradılır
11 may 2014 19:03 (UTC +04:00)

Prezident İlham Əliyev: Bakıda Paris məhəlləsi yaradılır

“Fransa prezidentinin Azərbaycana ilk səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminəm”.

APA-nın verdiyi məlumata görə, bunu Bakı Fransız Liseyinin açılışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Prezident İlham Əliyev deyib ki, ölkələr arasında çox sıx əlaqələr var və bu rəsmi səfər də bunu təsdiqləyir: “Daim fikir mübadiləsi aparır, beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin yüksək olması digər sahələrə də təsir göstərir. Sabah iqtisadi əlaqələr təkan vermək üçün biznes forum keçiriləcək. Fransadan da çoxlu sayda iş adamı gəlib, ticari əlaqələrin daha da genişlənəcəyinə inanıram”.

Dövlət başçısı iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişaf etdiyini də bildirib.

Prezidentin sözlərinə görə, yüzlərlə Azərbaycan gənci Fransada təhsil alır: “Səfərinizin bu liseydən başlaması Sizin də təhsilə böyük önəm verdiyinizi göstərir. İnanıram ki, bu liseydə təhsil alan gənclər iki ölkə arasında əlaqələri inkişaf etdirəcəklər. Burada fransız uşaqlar öz dilində təhsil alacaq, Vətənlərinə bağlı ocaq, azərbaycanlı uşaqlar isə fransız dilini öyrənəcəklər”.

Prezident İlham Əliyev qeyd edib ki, dünya mədəniyyətini Fransasız təsəvvür etmək mümkün deyil: “Bu təhsil müəssisəsində bir-birinə hörmətlə yanaşan gənclər yetişəcəklər. Bu lisey Fransa-Azərbaycan dostluğunun mərkəzi olacaq. Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Bu gün Bakıda açılan lisey isə Fransa səfirliyindən sonra Fransanın ikinci parçası olacaq”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Ağ Şəhərdə Paris məhəlləsi yaradılır: “Əminəm ki, Fransa prezidentinin Azərbaycana səfəri uğurlu olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4722
avatar

Oxşar yazılar