Azərbaycan prezidenti: “Əminliklə deyə bilərəm ki...”
04 aprel 2013 17:38 (UTC +04:00)

Azərbaycan prezidenti: “Əminliklə deyə bilərəm ki...”

“Son 10 ildə Azərbaycanda yüksək səviyyədə 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri təşkil olunub. Mən onların içərisində ötən il keçirilmiş FİFA U-17 qadınlararası dünya çempionatını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, bizim üçün yeni və çox uğurlu təcrübə idi”.

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev Böyük Britaniyanın “The Buisness Year” jurnalına müsahibəsində bildirib.

 

Dövlət başçısı onu da bildirib ki, hələ bu qərar qəbul edilməmişdən çox əvvəl Azərbaycanda müasir, mühüm beynəlxalq tədbirlərin keçirilməsinə imkan verən idman infrastrukturunun yaradılmasına başlanıb: “Əminliklə deyə bilərəm ki, 2015-ci ilə kimi l Avropa Oyunlarının keçirilməsi üçün bütün infrastruktur, texniki-təşkilati məsələlər öz həllini tapacaq. Eyni zamanda, onu da nəzərə almalıyıq ki, mövcud təcrübəyə əsasən, Olimpiya Oyunlarına hazırlıq üçün adətən 6-7 il ayrılır. Bizim isə cəmi iki il vaxtımız var. Buna görə də biz artıq indidən müvafiq tədbirlər həyata keçirməyə başlamışıq. Yanvarın 17-də l Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmış və fevralın 2-də onun ilk iclası keçirilmiş, qarşıda duran vəzifələr müzakirə edilmiş və onların icrası ilə bağlı tapşırıqlar verilib”.

 

Prezidentin sözlərinə görə, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcəklər: “Həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını həm Avropaya, həm də bütün dünyaya nümayiş etdirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018
avatar

Oxşar yazılar