Azərbaycan diasporu Almaniyada aksiya keçirəcək
16 aprel 2013 16:14 (UTC +04:00)

Azərbaycan diasporu Almaniyada aksiya keçirəcək

0

Almaniyada yaşayan azərbaycanlılar türk diasporuna dəstək məqsədilə sabah - aprelin 17-də Münhen şəhərində nümayiş keçirəcəklər.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Münhendə “Millətçi-sosialist məxfiliyi” təşkilatının üzvləri tərəfindən cinayətlərin törədilməsində onlarla əlbir olmaqda ittiham edilən Beat Zşepenin işi üzrə məhkəmə prosesi başlayacaq. “

 

Terrorçuluq” kateqoriyası üzrə araşdırılan məhkəmə prosesində mühüm əhəmiyyət kəsb edən qərar çıxarmalıdır. “Nationalsozialistische Untergrund” -  “Millətçi-sosialist məxfiliyi” təşkilatı 8 türk və 1 yunan vətəndaşının, eləcə də 1 polisin ölümü ilə nəticələnən  irqçilik əsasında  10 cinayət törətməkdə təqsirli bilinir. Bu səbəbdən məhkəmə prosesini Almaniyada yaşayan türklərlə yanaşı, azərbaycanlılar da diqqət mərkəzində saxlayır. AFR-dəki Azərbaycan diasporu türklərin bu cür amansızlıqla öldürülməsini öz həmyerlilərinin qətlə yetirilməsi kimi qəbul edir və dünya ictimaiyyətinin diqqəti altında keçəcək məhkəmədə ədalətli qərarın çıxarılması üçün türk diasporuna dəstək nümayişi keçirməyi planlaşdırır. Aksiya Münhen şəhərində - Nümfenburqer 5 (Nymphenburger str.5, 80335) ünvanında təşkil ediləcək. Nümayiş iştirakçıları irqçiliyə, millətçiliyə qarşı etirazlarını bildirəcəklər.

 

Qeyd edək ki, türklər üçün də vacib əhəmiyyət kəsb edən bu məhkəmə prosesi aprelin 17-nə təyin edilsə də, prosesə bir neçə həftə qalmış məhkəmə zalına türk mediasının buraxılmayacağı xəbəri və bunun Almaniyadakı türk əsilli əhali arasında, eləcə də Türkiyədə böyük narazılıq yaratması Münhen məhkəməsini prosesi təxirə salmağa məcbur edib. Almaniyadakı türk və Azərbaycan diasporunun məsələyə həssas yanaşması, etiraz dalğasının böyüməsi, həmçinin Rəsmi Ankaranın işə qarışmasını nəzərə alan Münhen məhkəməsi jurnalistlərin akkreditasiyası məsələsinə yenidən baxmağı və 3 türk jurnalisti prosesə buraxmağı qərara alıb. Akkreditasiya şərtlərinin yenidən işlənməsi ilə əlaqədar məhkəmənin vaxtı dəyişərək 2013-cü il mayın 6-dək təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 881

Oxşar yazılar