Oktyabrın 1-də Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrliyi Avstraliyadan təhvil alacaq.
APA-nın xəbərinə görə, bu, Azərbaycanın BMT TŞ-də ikinci sədrliyidir.
BMT Nizamnaməsinə əsasən TŞ dünyada sülh və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıyan əsas orqandır. TŞ 5-i daimi (ABŞ, Rusiya, Britaniya, Çin, Fransa) olmaqla 15 üzvdən ibarətdir. 10 müvəqqəti üzv Baş Assambleya tərəfindən 2 illiyə seçilir. Hər ölkə bir ay ərzində qurumda sədrlik edir.
Xatırladaq ki, Azərbaycan 2011-ci ilin oktyabrında ilk dəfə BMT TŞ-nin müvəqqəti üzvü seçilib və ötən ilin mayında TŞ-yə ilk səfə sədrlik edib.