Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Assosiasiyasının toplantısı keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, toplantıda çıxış edən Assosiasiyanın prezidenti Elvin Süleymanov Azərbaycanda keçiriləcək prezident seçkilərindən danışıb.
Azərbaycan Akademik Assosiasiyasının üzvləri prezident seçkilərində İlham Əliyevi dəstəklədiklərini bildiriblər. Elvin Süleymanov Assosiasiyanın Azərbaycanın Avstriyadakı ən böyük və ən yaşlı gənclər təşkilatı olduğunu qeyd edib. Onun sözlərinə görə, xaricdə yaşayan gənclər ölkədəki prosesləri yaxından izləməlidirlər. Elvin Süleymanov Assosiasiyanın seçkilərdə prezident İlham Əliyevi dəstəklədiyini bəyan edib.