Azərbaycan - AB :Assosiasiya Sazişi üzrə danışıqlarda irəliləyiş
15 aprel 2013 20:50 (UTC +04:00)

Azərbaycan - AB :Assosiasiya Sazişi üzrə danışıqlarda irəliləyiş

0

Azərbaycan ilə Avropa Bİrliyi (AB) arasında Brüsseldə keçirilmiş Assosiasiya Sazişi üzrə plenar sessiyada müxtəlif sahələrdə irəliləyiş əldə olunub.

 

Bu barədə jurnalistlərə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

 

Onun sözlərinə görə, irəliləyiş xüsusən hüquq məsələləri üzrə əldə olunub.

 

Kobia qeyd edib ki, bu danışıqlar Vilnüs sammitinə qədər başa çatacaq.

 

“Biz həmçinin iqtisadi sahədə də müəyyən irəliləyiş əldə etmişik və bəzi məsələlər artıq bağlanıb”, deyə Kobia bildirib.

 

O vurğulayıb ki xarici siyasət və təhlükəsizlik məsələləri üzrə danışıqlar davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar