Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının növbəti iclası bu ilin sonunda Bakıda keçiriləcək. APA-nın məlumatına görə, bu barədə bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev məlumat verib.
Qeyd edək ki, mədəni, elmi-texniki və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Çexiya hökumətlərarası komissiyası 2011-ci ildə yaradılıb. İlk iclas Praqada keçirilib.
Komissiyanın həmsədrləri Çexiyanın sənaye və ticarət nazirinin müavini Milan Qovorka və Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovdur.