Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclası keçiriləcək
11 noyabr 2013 22:11 (UTC +04:00)

Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclası keçiriləcək

Sabah, noyabrın 12-də Bakıda iqtisad-ticarət əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının 8-ci iclası keçiriləcək. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, iclas Belarus baş nazirinin I müavini Vladimir Semaşko və Azərbaycan baş nazirinin I müavini Eyyub Yaqubovun sədrliyi ilə baş tutacaq.

 

Belarus nümayəndə heyətinin tərkibində Azərbaycana xarici işlər, arxitektura və tikinti, sənaye, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı və ərzaq kimi nazirliklərin rəhbərləri gələcək.

 

İclasda birgə kooperasiya layihələrinin reallaşdırılması, elm, təhsil, səhiyyə, tikinti və aqraq sektorda əməkdaşlığın durumu və perspektivləri müzakirə olunacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652
avatar

Oxşar yazılar