Azay Quliyev Ankaraya gedib
29 aprel 2013 14:29 (UTC +04:00)

Azay Quliyev Ankaraya gedib

Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatları forumunun toplantısı keçirilir. Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən məlumat verilib. Tədbirdə ümumilikdə 12 ölkədən, o cümlədən Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan  nümayəndə heyətləri  iştirak edir.

 

Bu gün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatları forumunun sədri Azay Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti toplantıda iştirak etmək üçün Ankaraya yola düşüb. Tədbirdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatları forumunun regional əməkdaşlıqla bağlı təklifləri və fəaliyyət proqramı müzakirə ediləcək.

 

Qeyd edək ki, Qara  Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumunun təsis toplantısı 2012-ci ildə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765
avatar

Oxşar yazılar