Aynur İmranova: “125-lər hərəkatı”nın ideyası İqbal Ağazadəyə məxsusdur”
28 oktyabr 2013 15:00 (UTC +04:00)

Aynur İmranova: “125-lər hərəkatı”nın ideyası İqbal Ağazadəyə məxsusdur”

“2015-ci il parlament seçkilərinə hesablanmış “125-lər hərəkatı” adlı qurum yaradacağım barədə məlumatlar yanlışdır”.


 

Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. İ. Ağazadə bu istiqamətdə hər hansı fəaliyyət olduğunu təkzib edib.

 

Ümid Partiyası sədrinin keçmiş müavini Aynur İmranova isə APA-ya açıqlamasında bunun əksini söyləyib. Keçmiş partiya funksionerinin sözlərinə görə, bu ideya partiya sədri İqbal Ağazadəyə məxsusdur və artıq 2 ilə yaxındır ki, “125-lər hərəkatı” kimi birliyin qurulması istiqamətində fəaliyyət var: “İki il ərzində ideyanı qəbul edən bir çox ziyalı, ictimaiyyətdə tanınmış insanla dəfələrlə görüşlərimiz də olub. Hərəkatın ideya müəllifi İqbal Ağazadə olsa da, hərəkat ümumilikdə daxildə kiminsə liderliyini qəbul etmir və parlament seçkilərinə hesablanıb. Hərəkatın “facebook” sosial şəbəkəsində yaradılan və bizim daxili xəbərləşməmizə hesablanan səhifəsində də belə bir elan var idi”.

 

A. İmranova mətbuatda bu layihədə yer almağı ilə bağlı fikirlərə də aydınlıq gətirib: “Ümid Partiyasından istefa verənə qədər, hərəkatda yer alsam da, bundan sonra burada iştirak etməyi düşünmürəm. Ümumiyyətlə, İqbal Ağazadənin liderliyi və ya hər hansı şəkildə ideya müəllifi olduğu heç bir layihədə olmayacam. “125-lər hərəkatı”nda iştirak edən bütün dəyərli dostlarıma, İqbal bəy daxil olmaqla uğurlar arzulayıram. Əminəm ki, cəmiyyətdə yetərincə nüfuz və söz sahibi olan dostlarımız bu layihədə də uğur qazanacaqlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903
avatar

Oxşar yazılar