AXCP sədrinin müavini: "İctimai Palata buraxılmalıdır"
21 dekabr 2013 14:35 (UTC +04:00)

AXCP sədrinin müavini: "İctimai Palata buraxılmalıdır"

 “İctimai Palatanın taleyi ilə bağlı məsələ Koordinasiya Şurasının ötən toplantılarında müzakirə olunub. Ümumi rəy ondan ibarət olub ki, artıq qurumun missiyası başa çatıb, buraxılmalıdır”.

Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.

 

F. Qəhrəmanlı bildirib ki, İctimai Palatanın fəaliyyətinə xitam verilməsi qurumda təmsil olunan qüvvələrin geri çəkilməsi formasında nəzərdə tutulmur. Artıq İctimai Palatanın buraxılmasının vaxtı çatdığını deyən F. Qəhrəmanlının sözlərinə görə, bununla bağlı hələlik ümumi qərar qəbul olunmayıb: “İctimai Palatanın sessiyasında bu məsələyə baxılmalıdır. Qurumun fəaliyyətinə və roluna qiymət verilərək, ümumi qərarla bu məsələ həllini tapmalıdır. Biz güman etmirik ki, qurumun buraxılmasında hər hansı ciddi problem olacaq. Ancaq hər hansı mənfi fikirlər ola bilər”. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542
avatar

Oxşar yazılar