AXCP-nin sədr müavini, Milli Şuranın mitinq Komitəsinin üzvü Asəf Quliyev təmsil etdiyi hər iki qurumdan istefa verib.
Lent.az-ın məlumatına görə, Asəf Quliyev AzNews.az-a açıqlamasında istefasının səbəbi belə izah edib:
“Belə lazım idi. Milli Şuranın yaranması cəmiyyətdə rəqbət doğurdu. Sonradan MŞ-ın fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların Milli Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və ugursuzlugunu cəmiyyet bizə bağışlamayacaq. Mübarizəmizin səmimiliyinə inanıb hər zaman dogrunun yanında oldum….Subhəsiz ki, yenə də bu yolda olacam.Yuxarıda deyilənləri nəzərə alib Milli Suradan və AXCP-dən istefa verdim”.