Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb.
Bu barədə APA-ya Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun ofisindən məlumat verilib.
E. Süleymanov bildirib ki, sentyabrın 25-də Avropa Parlamentinin Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib.
Avropa Parlamenti seçkiləri müşahidə missiyasının tərkibi Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qruplarının hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarətdir. Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, italiyalı parlamentari Pino Arlaki təyin edilib.