Avropa Komissiyasının sədri və İordaniya kralı prezidenti təbrik edib
14 oktyabr 2013 19:50 (UTC +04:00)

Avropa Komissiyasının sədri və İordaniya kralı prezidenti təbrik edib

Avropa Komissiyasının sədri Xose Manuel Barrozo prezident İlham Əliyevə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident! Yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Avropa Komissiyasının adından və öz adımdan təbrik etmək istəyirəm. Ümidvaram ki, prezidentliyinizin yeni müddəti də ölkəniz və xalqınız üçün davamlı şəkildə uğurlu olacaq. Sizə bu işdə uğurlar arzulayıram. Sizi bir daha əmin etmək istərdim ki, demokratiya və qanunun aliliyi daxil olmaqla, beynəlxalq səviyyədə qəbul edilmiş prinsip və dəyərlərə hörmət əsasında Avropa Komissiyası Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi və enerji sahələrində olan əlaqələrini daha da dərinləşdirməyə böyük önəm verir. İcazə verin, ali dövləti vəzifənizdə Sizə müvəffəqiyyətlər arzu edim. Ümidvaram ki, həm şəxsi, həm də ikitərəfli, çoxtərəfli və “Şərq tərəfdaşlığı” çərçivəsində əlaqələrimiz davamlı şəkildə inkişaf edəcək”.

 

İordaniya Haşimilər Krallığının kralı II Abdullah İbn Əl-Hüseyn də prezident İlham Əliyevi təbrik edib. Təbrikdə bildirilir:

 

“Hörmətli prezident. Qardaş Azərbaycan xalqının zati-alinizə etimad göstərərək Sizi yenidən prezident seçməsi münasibətilə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu münasibətlə öz adımdan və İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin gələcəkdə də möhkəmləndirilməsi və inkişaf etdirilməsinə yönəlmiş səylərimizi təsdiq edir və həmin əlaqələrin daha geniş sahələri əhatə edəcəyinə tam əminliyimizi bildiririk. Bu əlaqələr hər iki qardaş ölkə və xalqın müştərək mənafelərinin həyata keçirilməsinə və İslam ümmətimizin problemlərinin həllinə xidmət edir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar