APA-nın məlumatına görə, nümayəndəliyə isveçli diplomat Malena Mard rəhbərlik edəcək. Müvafiq təyinat dünən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Ketrin Eşton tərəfindən imzalanıb.
Malena Mard hazırda İsveç Xarici İşlər Nazirliyində Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru vəzifəsində çalışır. O bundan əvvəl ölkəsinin Sankt-Peterburq, Dəkkə və Brüsseldəki nümayəndəliklərində çalışıb. Malena Mard bu postda Roland Kobianı əvəzləyəcək.