ATƏT PA-dan ŞOK BƏYANAT: “O sənədi biz hazırlamamışıq”
13 oktyabr 2013 22:10 (UTC +04:00)

ATƏT PA-dan ŞOK BƏYANAT: “O sənədi biz hazırlamamışıq”

“ Bu gün Monteneqronun Budva şəhərində ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclası keçirilib. İclasda Azərbaycanda keçirilən prezident seçkilərində ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri cənab Mişel Vuazen məruzə ilə çıxış edib”. Millət vəkili Elxan Süleymanovun APA-ya verdiyi xəbərə görə, cənab  Vuazen  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanatında seçki prosesi ilə bağlı yalnız neqativ müddəaların əks olunduğunu bildirib: “O, bu bəyanatın ATƏT PA, AŞPA və Avropa Parlamenti  müşahidəçilərinin qeyd etdikləri müsbət fikirləri əks etdirməyən birtərəfli sənəd olduğunu təəssüflə bildirdi. Cənab Vuazen ATƏT/DTİHB-nin hesabatında əks olunan müddəaların böyük əksəriyyəti ilə razılaşmağın mümkün olmadığını da qeyd etdi,  bu barədə fikirlərini katibliyə təqdim etdiyi hesabatda ətraflı izah etdiyini komitə üzvlərinin diqqətinə çatdırdı. Mişel Vuazen Azərbaycanda keçirilən prezident seçkilərini Avropa Şurası və ATƏT standartlarına yaxınlaşmaq istiqamətində böyük addım adlandırdı.  O, seçkilərin şəffaf, azad və ədalətli keçirildiyini və demokratiya istiqamətində irəliləyiş olduğunu bir daha vurğuladı. Bununla bağlı Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bəyanatlarına tamamilə qoşulduğunu bəyan etdi”.

 

E. Süleymanov bildirib ki, M. Vuazen Daimi Komitədəki çıxışı zamanı ATƏT/ DTİHB-nin oktyabrın 10-da Bakıda səsləndirdiyi bəyanatın ilk cümləsində bu bəyanatın ATƏT/DTİHB və ATƏT PA-nın birgə səyləri nəticəsində ərsəyə gələn sənəd olması ifadəsinə də kəskin etirazını bildirib: “O, qətiyyətlə bəyan etdi ki, ATƏT PA müşahidə missiyasının üzvləri bu sənədin hazırlanmasında iştirak etməyiblər. ATƏT PA missiyasının rəhbəri olaraq o özü həmin sənədin hazırlanmasında deyil, müzakirəsində iştirak etdiyini və bu bəyanata etirazını bildirdiyini deyib”.

 

Millət vəkili vurğulayıb ki, Daimi Komitənin iclasında cənab Mişel Vuazen Azərbaycanda keçirilən prezident seçkilərində şübhəsiz qalib müəyyənləşdiyini bildirib. O, ATƏT Parlament Assambleyasının üzvlərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan ayrılmağa çağırıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3868
avatar

Oxşar yazılar