Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara iyunun 17-də Azərbaycana gələcək.
APA-nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, səfər zamanı qonaq Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla ATƏT arasında münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.
Səfər iyunun 18-də başa çatacaq. L. Kojara daha sonra Gürcüstan və Ermənistanı da ziyarət edəcək.