ATƏT-in Parlament Assambleyası seçkiləri müşahidə edəcək
06 sentyabr 2013 21:08 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyası seçkiləri müşahidə edəcək

Sentyabrnın sonunda Mişel Vuasinin rəhbərlik edəcəyi ATƏT-in Parlament Assambleyasının (PA) müşahidəçi missiyası ölkəmizə seçkiöncəsi və seçkilər günü səfər edəcək. Bu haqda APA-nın Avropa Bürosunun müxbirinə Mişel Vuasin özü deyib.


Onun sözlərinə görə, o, seçkiöncəsi vəziyyəti və seçkilər günü bir qrup müşahidəçiylə ölkəmizə səfər edəcəyini bildirib: “Biz ölkəyə iki səfər edəcəyik. Birinci səfərimiz sentyabrın 20-dən əvvəl baş tutacaq və daha sonra oktyabrın 3-də gələcəyik və seçkilər günü də ölkədə olacağıq. Bildiyiniz kimi, mən iyul ayında hazırda ATƏT-ə sədrlik edən Ukrayna Xarici İşlər Naziri tərəfindən Azərbaycanda seçki missiyasına rəhbərlik mənə həvalə olundu və kordinatoru vəzifəsinə təyin edildim. Hər iki səfərdə məqsədimiz ölkədə keçirilicək seçkilərlə yaxından tanış olmaq, seçkilərdən öncə və seçkilərin keçirildiyi gün vəziyyəti yerindəcə öyrənməkdir”.

M. Vuasin deyib ki, Azərbaycanda DTİHB-dən olan həmkarları ilə birgə başqa görüşlər də keçirəcəklər: “Missiyamızın dəqiq tarixi və proqramı gələn həftə məlum olacaq".

Qeyd edək ki, Mişel Vuasin Fransanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497
avatar

Oxşar yazılar