ATƏT-in Bakı ofisinin fəaliyyəti haqqında memorandum imzalanacaq
29 oktyabr 2013 18:33 (UTC +04:00)

ATƏT-in Bakı ofisinin fəaliyyəti haqqında memorandum imzalanacaq

ATƏT katibliyi təşkilatın Bakı ofisinin yeni statusda – layihə koordinatoru kimi fəaliyyət göstərməsinin detalları barədə Azərbaycan hakimiyyəti ilə məsləhətləşmə aparır.


 

 Məsləhətləşmələrin yekununda qarşılıqlı anlaşma Memorandumunun imzalanması planlaşdırılır. Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən məlumat verilib. Sənədin ilin sonuna qədər imzalanması gözlənilir.  

 

Mətbuat xidmətindən bildirilib ki, ATƏT Daimi Şurasının daha əvvəl qəbul etdiyi qərara əsasən Bakı ofisi yeni statusda – layihə koordinatoru qismində aşağıdakı vəzifələri yerinə yetirəcək: ATƏT və onun institutları ilə Azərbaycan hökuməti arasında əməkdaşlığa dəstək verilməsi; ATƏT-in təhlükəsizlik konsepsiyasının bütün istiqamətləri üzrə layihələrin planlaşdırılması və həyata keçirilməsi; Azərbaycan hökuməti, yerli idarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələrin təmin edilməsi.

 

ATƏT-in Azərbaycan üzrə layihə koordinatorluğuna koordinator rəhbərlik edəcək və o, digər əməkdaşlarla birlikdə Bakıda fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycan ATƏT-ə müraciət edərək Bakıdakı ofisin statusunun layihə koordinatoru səviyyəsinə endirilməsini istəyib. İyulun əvvəlində ATƏT Daimi Şurası bu barədə müvafiq qərar qəbul edib. 2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı ofisi layihə koordinatoru kimi fəaliyyət göstərəcək.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar