ATƏT-in Bakı Ofisi prezident seçkiləri ilə bağlı tədbirlər paketi hazırlayıb
02 may 2013 10:43 (UTC +04:00)

ATƏT-in Bakı Ofisi prezident seçkiləri ilə bağlı tədbirlər paketi hazırlayıb

Koray Tarqay: “Ofisimiz yekun qərar qəbul olunana kimi fəaliyyətini hazırkı mandatı çərçivəsində davam etdirəcək”


 

 “ATƏT-in Bakı Ofisi qarışdan gələn prezident seçkiləri ilə əlaqədar tədbirlər paketi hazırlayıb”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay verib. O rəhbərlik etdiyi ofisin 3 dəyirmi masa, 4 treninq və bir sıra kiçik həcmli tədbirlər keçirəcəyini bildirib.

 

ATƏT-in Bakı Ofisinin statusuna dair Azərbaycanla aparılan məsləhətləşmələrə münasibət bildirən səfir qeyd edib ki, ofis yekun qərar qəbul olunana kimi fəaliyyətini hazırkı mandatı çərçivəsində davam etdirəcək: “Hələlik mandatın azaldılması dedikdə nəyin nəzərdə tutulduğu məlum deyil. Bu, müzakirələr başa çatdıqdan sonra məlum olacaq. Azərbaycan hökumətinin bəzi tələbləri var, eybi zamanda ATƏT üzvü olan ölkələrin bu məsələyə öz baxışı var”.

 

Koray Tarqay bildirib ki, ATƏT-in Bakı Ofisi ilə bağlı vəziyyət ATƏT-in Gürcüstan və Ukraynadakı ofislərinin mandatındakı dəyişikliklərdən fərqlənir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar