“Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların liderləri hər zaman görüşə bilər, onların aralarında olan münasibətlər pozulmayıb”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay verib.
O vurğulayıb ki, ATƏT Bakı ofisi prezident seçkiləri ərəfəsində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakı ilə bir dəyirmi masa təşkil etmək niyyətindədir: “Həmin tədbirin məqsədi seçkilərə hazırlıqları dəyərləndirmək üçün zəmin hazırlamaqdır. Biz sadəcə zəmin hazırlaya bilərik, görüşə qatıla, vasitəçilik də edə bilmərik. Önəmli olanı siyasi partiyaların bir araya gəlib müzakirələr aparmasıdır”.