Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan Klod Minyon mayın 26-da Azərbaycana rəsmi səfərə gələcək.
AŞPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, səfər çərçivəsində prezident İlham Əliyev, Milli Məclisin (MM) sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvləri ilə görüşlər keçirəcək.
AŞPA prezidentinin QHT təmsilçiləri ilə görüşü də nəzərdə tutulur.
Görüşlərdə Azərbaycanla AŞ arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Səfər mayın 28-də başa çatacaq.
J. K. Monyon Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.