APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava limanında ali qonağı Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov və Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qarşılayıb.
Qeyd edək ki, o səfər çərçivəsində sabah prezident İlham Əliyev, Milli Məclisin (MM) sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvləri ilə görüşlər keçirəcək.
AŞPA prezidentinin QHT təmsilçiləri ilə görüşü də nəzərdə tutulur.
Görüşlərdə Azərbaycanla AŞ arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Səfər mayın 28-də başa çatacaq.