Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası Azərbaycana gəlib.APA-nın məlumatına görə, Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət müşahidə missiyası seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini qiymətləndirəcək.
Qonaqlar səfər zamanı prezident İlham Əliyev, prezidentliyə namizədlər, Milli Şuraya daxil olan müxalifət partiyalarının nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri,MSK sədri, QHT və media nümayəndələri ilə görüşlər keçirəcəklər. Missiya səfərin nəticələrinə dair bəyanatla çıxış edəcək.
Səfər sentyabrın 13-də yekunlaşacaq.