Oktyabrın 9-da prezident seçkilərinin başlandığı səhər saatlarından Bakı şəhərinin 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində canlanma hiss olunub.
Lent.az-ın məlumatına görə, baş naziri Artur Rasizadə bu seçki məntəqəsinə gələrək səs verib.
Qeyd edək ki, məntəqədə 1433 seçici qeydiyyata alınıb. Seçkiləri yerli müşahidəçilər izləyir.