“Müsavat Partiyası tərəfindən seçkilərlə bağlı MSK-ya verilən şikayətlərin sayı digər təşkilatlardan əsaslı şəkildə fərqlənir. Bütün seçki prosesi göstərdi ki, Müsavat ölkənin aparıcı siyasi partiyasıdır”.
Musavat.com-un məlumatına görə, bunu Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı partiyanın Məclisindəki çıxışında deyib.
Seçki prosesini dəyərləndirən A.Hacılı “Cəmil Həsənli şəxsən mənim gözlədiyim namizəddən daha yaxşı namizəd oldu” deyə, vurğulayıb.
Aparat rəhbəri çıxışında Milli Şuraya daxil olmasına baxmayaraq, qurumun işində iştirak etməyənlərin adlarını konkretləşdirib: “Rəsul Quliyev, Lalə Şövkət, İslam Partiyası və onların tərəfdarları bu seçki prosesində Milli Şuraya dəstək vermədi”.