Arif Hacılı: [b]“Aydın görünür ki...”[/b]
12 iyun 2014 11:34 (UTC +04:00)

Arif Hacılı: [b]“Aydın görünür ki...”[/b]

“Müsavat Partiyasının qurultaya yer ayrılması ilə bağlı müraciətinə baxılır, hazır olanda cavab veriləcək”.


 

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib. O, cavabın nə vaxt veriləcəyini söyləməyib.

 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bildirib ki, BŞİH partiyanın qurultayının keçirilməsini istəmir: “Elə görüntü yaratmağa çalışırlar ki, guya Müsavat Partiyası qurultayının keçirilməsini qəsdən ləngidir. Halbuki biz hələ 2011-ci ildən qurultayın keçirilməsinə hazırıq və Bakı Şəhər İcra Hakimiyyətinin bizə yer ayırmaması ilə bağlı yalnız bəyanatlarla kifayətlənməmişik, hətta məhkəməyə də müraciət etmişik. Bununla belə, bizim qurultay keçirmək üçün bütün cəhdlərimiz hələlik uğurla nəticələnməyib. Biz Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyimiz müraciətdə də qeyd etmişik ki, partiyanın nizamnaməsinə görə qurultay öncəsi prosedurların həyata keçirilməsi üçün bizə azı 3-4 həftə vaxt lazımdır. Ona görə də bu müddət ərazində cavab verilməsini xahiş etmişdik. Ancaq göründüyü kimi, qurum bizim bu xahişlərimizə, siyasi partiyalar haqqında qanuna məhəl qoymayaraq, partiyanın qurultayına şərait yaratmaq niyyətində deyil”.

 

A. Hacılı qeyd edib ki, partiyanın iyunun 28-nə təyin etdiyi qurultay çox güman ki, təxirə salınacaq: “Müsavat Partiyasının hər hansı bir strukturunun qurultayı təxirə salmaq səlahiyyəti yoxdur. Çünki qurultayın keçirilməsi nizamnamə tələbidir. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin və Müsavat rəhbərliyinin vəzifəsi qurultayın keçirilməsidir. Ancaq hər şeydən görünür ki, iyun ayının 28-də Müsavat Partiyasının VIII qurultayı keçirilməyəcək. Buna baxmayaraq, biz çalışacağıq ki, nəyin bahasına olursa-olsun, yay aylarının sonunadək partiyanın qurultayını keçirək”.

 

# 549
avatar

Oxşar yazılar