Xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə dəyirmi masa ətrafında görüş keçirib. Bu barədə Lent.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Tədbiri sözügedən ali təhsil ocağının Beynəlxalq Münasibətlər kafedrasının müdiri, Hüseyn Bağcı aparıb.
Nazir müavini Azərbaycanın çox mühüm geo-strateji mövqeyindən, Ermənistanın tarix boyu ölkəmizin əleyhinə olan plan və addımlarından söz açıb: “Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq, Dağlıq Qarabağ probleminin yaratdığı çətinlikləri adlayır, inkişafa nail olur”.
Tədbir sual-cavab hissəsi ilə davam edərək başa çatıb.