Araz Əzimov: ”...mümkün deyil”
02 may 2013 15:56 (UTC +04:00)

Araz Əzimov: ”...mümkün deyil”

Ermənistan nə itirəcəyini anlamalıdır”


 

“Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir. Lakin ATƏT-in Minsk Qrupunun münaqişəni nizamlamaq istiqamətində fəaliyyəti nəticə vermir, bu, bizdə narahatlıq doğurur”. APA-nın məlumatına görə, bu açıqlamanı Ankarada jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib.

 

O qeyd edib ki, Ermənistan nə aldığını və nə itirə biləcəyini anlamalıdır. Xocalı aeroportunun açılması məsələsinə gəldikdə isə, Araz Əzimov bildirib ki, bu, nə leqal, nə də siyasi yolla mümkündür.

 

Xarici işlər nazirinin müavini Rusiyanın Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasında xüsusi rol oynadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005
avatar

Oxşar yazılar