Anar Məmmədli, İlham Mirzəyev və Şahin Sultanovla görüşdülər
22 may 2014 18:52 (UTC +04:00)

Anar Məmmədli, İlham Mirzəyev və Şahin Sultanovla görüşdülər

Ombudsmanın Milli Preventiv Qrupunun  üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) başçəkmə həyata keçiriblər.


 

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmə zamanı Ombudsmanın nümayəndələri həmin müəssisədə bir neçə şəxslə, o cümlədən Anar Məmmədli, İlham Mirzəyev və Şahin Sultanovla onların saxlanıldıqları kameralarda görüşüblər. Saxlanılan şəxslər BİT-dəki saxlanılma şəraiti və rəftarla bağlı şikayət etməyiblər.

 

Ombudsmanın nümayəndələri, həmçinin Müvəkkilin tapşırığına əsasən, BİT-də ölüm faktı ilə bağlı mətbuatda yayılmış məlumatın araşdırılması məqsədilə mərhum Quliyev Fərhan Elçin oğlunun saxlanıldığı kamerada olub, onun kamera yoldaşları ilə söhbət aparıblar. Söhbət zamanı  onlar mərhumun epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkdiyini, hadisənin də qıcolma tutması  nəticəsində baş verdiyini bildiriblər. Onlar həkimin vaxtında gəlməsinə baxmayaraq, onun keçindiyini söyləyiblər. Məlum olub ki, faktla  bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Həmin gün Ombudsmanın Milli Preventiv Qrupunun  üzvləri Sabunçu Rayon Polis İdarəsinin Müvəqəti saxlanılma yerinə və həmin idarənin 12-ci, 14-cü, 15-ci Polis bölmələrinə də başçəkmə həyata keçiriblər. Başçəkmə zamanı şərait və rəftarla bağlı şikayət daxil olmasa da, sənədləşmədə pozuntular aşkar edilib.

 

Bununla bağlı Ombudsman tərəfindən Daxili İşlər Nazirinə müraciət edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1181
avatar

Oxşar yazılar