Amerikalı həmsədr ATƏT-də Qarabağdan danışacaq
13 noyabr 2013 11:14 (UTC +04:00)

Amerikalı həmsədr ATƏT-də Qarabağdan danışacaq

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanada ATƏT-in Daimi Şurasının iclasında iştirak edəcək.


 

APA-nın xəbərinə görə, C. Uorlik özünün “Twitter” səhifəsində Daimi Şuranın iclası çərçivəsində ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer və digər şəxslərlə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəyini söyləyib.

 

Qeyd edək ki, ATƏT Daimi Şurasının toplantıları həftəlik keçirilir. Daimi Şura təşkilatın qərar qəbul edən və müntəzəm məsləhətləşmələr həyata keçirən əsas strukturlarından biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623
avatar

Oxşar yazılar