İlahiyyatçı Altay Göyüşov işdən çıxarılıb.
Musavat.com-un məlumatına görə, bu barədə onun özü “facebook”da yazıb.
İlahiyyatçı yazıb ki, bu gün Bakı Dövlət Universitetinin rəhbərliyi ondan öz ərizəsi ilə işdən çıxmağı tələb edib. Bunun ardınca isə müəllimi dərs gedə-gedə audioriyadan çıxarıblar. Altay Görüşovun sözlərinə görə, bunun səbəbi “facebook”dakı fəallığıdır.
"Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır", - Altay Göyüşov yazıb.