Almaniyalı diplomat Dağlıq Qarabağda olubmu?
05 oktyabr 2013 15:27 (UTC +04:00)

Almaniyalı diplomat Dağlıq Qarabağda olubmu?

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın Ermənistandakı səfiri olduğu bildirilən diplomatın işğal olunmuş Dağlıq Qarabağda keçirilən konfransa qatılması və orada çıxış etməsinə dair Ermənistan mətbuatının xəbərlərinin həqiqət olub-olmadığını araşdırır.


 

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

 

Qeyd edək ki, “Panarmenian”ın məlumatına əsasən Almaniya səfiri Hans Yohen Şmidt Dağlıq Qarabağda separatçılar tərəfindən təşkil olunan “Arsaxın milli azadlıq mübarizəsi: Gülüstandan günümüzə qədər” adlı konfransda iştirak edib. O, çıxışında bildirib ki, 1920-ci illərdə ermənilər Qarabağ əhalisinin 90 faizini təşkil edib, lakin sovet hakimiyyətinin demoqrafik siyasəti nəticəsində bu rəqəm 80-ci illərdə 72%-ə enib. Alman diplomat azərbaycanlı köçkünlərin ölkədə girov olduğunu və siyasi məqsədlərlə istifadə edildiyini söyləyib.

 

Lakin “Panarmenian”ın xəbərində yanlışlıq var. Belə ki, H. Y. Şmidt Almaniyanın Ermənistandakı keçmiş səfiridir və hazırda təqaüddədir. İndiki səfir isə Rayner Morel adlı diplomatdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Oxşar yazılar